SOCAR-ın Geofizika və Geologiya İdarəsinin “Kəşfiyyatgeofizika” İstehsal bölümü “Azneft” İB-nin sifarişi əsasında Yevlax-Ağcabədi çökəkliyində regional profillər üzrə kompleks geofiziki kəşfiyyat işlərini davam etdirir. Bu barədə SOCAR-ın məlumatında deyilir.
“Mezokaynazoy çöküntülərinin regional izlənilməsi və müxtəlif yaşlı çöküntü komplekslərinin qalınlıqlarının öyrənilməsi məqsədi ilə aparılan işlər zamanı ümumilikdə neftli-qazlı rayondan keçən dörd profil boyu 312 xətti kilometr həcmində 2D (ikiölçülü) seysmik kəşfiyyat, eləcə də hər biri 340 xətti kilometr olan qravimetrik və maqnitometrik tədqiqat işlərinin görülməsi nəzərdə tutulub”, - deyə məlumatda bildirilir.*
N.Abbasova