Azərbaycanda elektron vizaların verilməsi prosesi sürətlənəcək. Bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.
“Yaxın gələcəkdə Azərbaycanda “ASAN Viza” sistemi təkmilləşdirilərək, viza istəyən şəxsə 3 saat ərzində elektron viza verilməsi təmin olunacaq”, – deyə o bildirib.
Nazirin sözlərinə görə, bu sistem Azərbaycan aeroportları ilə yanaşı, digər gömrük-buraxılış məntəqələrində də tətbiq olunacaq.
““ASAN Viza” sisteminin tətbiqi iranlı turistlərin Azərbaycana səfərlərini asanlaşdırıb. Artıq İranın istənilən şəhərindən Azərbaycana səfər etmək istəyən şəxsin Tehrana gəlib konsulluğa müraciət etməsinə ehtiyacı qalmayıb. Hər bir kəs internet vasitəsi ilə viza almaq imkanına malikdir”, - deyə Ə.Qarayev vurğulayıb.*
R.Babayev