Deputat Fuad Muradov iyulun 4-də erməni silahlı bölmələrinin açdığı atəş nəticəsində həlak olmuş iki yaşlı Zəhra Quliyevanın şəklini Twitter-dəki mikrobloqunda dərc edib.
«Bu şəklə baxın, erməni vandalları rejimini dəstəkləyən hər kəs baxsın!», - deyə o yazıb.
Qeyd edək ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndini 80 və 102 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutması nəticəsində 1967-ci il təvəllüdlü Quliyeva Sahibə və onun nəvəsi 2 yaşlı Quliyeva Zəhra həlak olublar. Digər mülki şəxs 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz yaralanıb və xəstəxanaya çatdırılaraq əməliyyata götürülüb. Həmçinin mülki obyektlərə də zərər yetirilib.
İnsidentlə əlaqədar olaraq Azərbaycan Baş Prokurorluğunda 7 maddə üzrə cinayət işi başlanıb.*
F.İsazadə