Qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şirkətlərə bu ilin yanvar-iyun aylarında büdcədən 1,3 mln. manat məbləğində ixrac təşviqi ödənilib. Bu barədə iqtisadiyyat nazirinin müavini Sahil Babayev məlumat verib.
«Yanvar-iyun aylarında ixracatçılara 1,3 mln. manat məbləğində ixrac təşviqi ödənilib», - deyə o, “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
2017-ci ilin dövlət büdcəsində qeyri-neft məhsulları ixracatçılarına 10 mln. manat məbləğində ixrac təşviqinin ödənilməsi nəzərdə tutulub.*
A.Axundov