Xarici işlər naziri Elmar Məmmədyarov Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın yaşayış məntəqələrinin atəşə tutulması nəticəsində mülki şəxslərin həlak olması faktını ATƏT-in Minsk qrupunun həmsədrləri ilə müzakirə edib.
“XİN başçısı Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın yaşayış məntəqələrinin atəşə tutulması nəticəsində mülki şəxslərin həlak olması faktı ilə bağlı həmsədrlərlə danışıb”, - deyə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bu gün mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, E.Məmmədyarov məsələ ilə bağlıfransalı və rusiyalı həmsədrlər Stefan Viskonti və İqor Popovla danışıb, amerikalı həmsədrlə isə texniki məsələ səbəbindən danışa bilməyib. Lakin onunla da söhbət nəzərdə tutulub”, - deyə XİN rəsmisi qeyd edib.
H.Hacıyev deyib ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinə və ATƏT-in fəaliyyətdə olan sədrinə hadisə barədə məlumat verilib. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin köməkçiləri təmas xəttinin hər iki tərəfində araşdırma aparır.*
F.İsazadə