Bakı Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Avstriyada keçiriləcək görüşündə iştirakını təxirə salmağı planlaşdırmır. Bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bu gün mətbuat konfransında deyib.
“Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyanın görüşünün təxirə salınması gündəmdə olmasa da, bu məsələ kompleks şəkildə araşdırılmalı və qərar verilməlidir. Azərbaycanındanışıqlarda iştirakı imitasiya xarakteri daşımır. Mövqeyimiz qəti xarakter daşıyır.Biz substantiv xarakterli danışıqlar istəyirik”, - deyə o vurğulayıb.*
F.İsazadə