Azərbaycan mümkün təxribatların qarşısını almaq üçün ölkəyə gələn Rusiya vətəndaşı olan ermənilərin yoxlanılmasını həyata keçirir. Bu sözləri Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bu gün mətbuat konfransında deyib.
“Ermənistan Azərbaycan ərazisində qanlı etnik təmizləmə siyasəti həyata keçirib. Bu siyasət Ermənistan ərazisində də aparılıb. Təəssüf ki, milliyyətcə erməni olan bəzi şəxsləretnik zəmində təfriqə aparır. Bu səbəbdən biz bu kimi tədbirlər həyata keçiririk və bu barədə Rusiya tərəfini məlumatlandırmışıq”, - deyə o, Rusiya XİN-in bəyanatını şərh edərkən bildirib.
XİN rəsmisinin sözlərinə görə, strateji tərəfdaş olan Azərbaycan və Rusiya arasında vətəndaşların vizasız gediş-gəlişinə dair saziş imzalanıb.
Rusiya XİN bildirib ki, ilin əvvəlindən 25 Rusiya vətəndaşının Azərbaycana gəlməsinə icazə verilməyib.*
F.İsazadə