Türkmənistanın Azərbaycana yeni təyin olunmuş səfiri Mekan İşanquliyev etimadnaməsinin surətini xarici işlər naziri Elmar Məmmədyarova təqdim edib.
"Tərəflər Azərbaycan-Türkmənistan əməkdaşlığının gündəliyində duran məsələləri müzakirə ediblər”, - deyə diplomatik mənbə “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
Qeyd edək ki, iyunun 9-da Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov Mekan İşanquliyevə fövqəladə və səlahiyyətli səfir rütbəsi verilməsi barədə sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamı ilə Mekan İşanquliyev Türkmənistanın Azərbaycandakı səfiri təyin edilib.*
F.İsazadə