Rusiyanın “Nordwind Airlines” aviaşirkəti iyulun 19-dan Krasnoyarskdan Bakıya birbaşa müntəzəm uçuşların həyata keçirilməsinə başlayacaq. Bu barədə aviaport.ru internet nəşrinin məlumatında deyilir.
“"Nordwind Airlines” həftənin çərşənbə günləri Yemelyanovo beynəlxalq aeroportundan Krasnoyarsk-Bakı marşrutu ilə müntəzəm uçuşlar həyata keçirməyi planlaşdırır. Uçuşlar iyulun 19-dan oktyabrın 26-dək davam edəcək və "Boeing B-737-800" tipli təyyarə ilə yerinə yetiriləcək", - deyə məlumatda qeyd edilir.
Təyyarə yerli vaxtla saat 11:50-də Krasnoyarskdan havaya qalxacaq və 14:05-də (yerli vaxtla) Bakıya çatacaq. Bakıdan uçuş vaxtı saat 16:25, Krasnoyarska çatma vaxtı saat 00:10-dur.*
N.Abbasova