SOCAR “Günəşli” yatağındakı quyunu qazmadan sonra istismara verib. Bu barədə şirkətin məlumatında deyilir.
355 nömrəli quyu 14 saylı dərin dəniz özülündən istismara verilib və sutkalıq 107 ton neft və 27600 kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib.
Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “28 May” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.*
N.Abbasova