Rusiya Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsi bu gün Georgi Zuyevin RF-nin Azərbaycandakı səfiri vəzifəsinə namizədliyini dəstəkləyib.
"Komitə Zuyevin Azərbaycana səfir postuna namizədliyini dəstəkləyib", - deyə Dövlət Dumasındakı məlumatlı mənbə “İnterfaks”a bildirib.
İclasda Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin də iştirak edib.
G.Zuyev hazırda Rusiya XİN-in Kadrlar Departamentinin direktor müavini vəzifəsində çalışır.*