Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva ermənilərin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində iki yaşlı qızın həlak olması ilə əlaqədar başsağlığı verib.
“Azərbaycan erməni işğalına, günahsız insanların qətlə yetirilməsinə qarşıdır. Allah balaca Zəhraya və bütün şəhidlərimizə rəhmət eləsin”, - deyə o, özünün “twitter” bloqunda yazıb.
Qeyd edək ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri - 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi, 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar. Digər mülki şəxs 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz yaralanıb və xəstəxanaya çatdırılaraq əməliyyata götürülüb. Həmçinin mülki obyektlərə də zərər yetirilib.
İnsidentlə əlaqədar Azərbaycan Baş Prokurorluğunda 7 maddə üzrə cinayət işi başlanıb.*
A.Əzizov