Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov ABŞ-a gedib. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.
“N.Sadıkov Baş Qərargah Rəislərinin ikinci Beynəlxalq Konfransında iştirak etmək üçün Nyu-York şəhərinə yola düşüb”, - deyə məlumatda bildirilir.
Konfrans 6-7 iyul tarixlərində Birləşmiş Millətlər Təşkilatının mənzil-qərargahında keçiriləcək.*
R.Babayev