FransanınXarici İşlər Nazirliyi iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndinin ermənilər tərəfindən atəşə tutulması nəticəsində mülki şəxslərin həlak olması ilə əlaqədar başsağlığı verib və tərəfləri atəşkəs rejiminə riayət etməyə çağırıb.
“Biz iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndində mülki şəxslərin ölümü ilə nəticələnmiş insidentdən təəssüflənirik", - deyə XİN-in bəyanatında bildirilib.
Bəyanatda Fransanın tərəfləri atəşkəsə hörmət etməyə çağırdığı, eləcə də münaqişənin regiona sabitlik və çiçəklənmə gətirəcək şəkildə ardıcıl, uzunmüddətli həllinə tam sadiq olduğu vurğulanıb.*
R.Babayev