Pakistanın Xarici İşlər Nazirliyi Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndinin minaatanlardan və qumbaraatanlardan atəşə tutulması nəticəsində dinc azərbaycanlıların həlak olmasını qınayıb.
«Pakistan mülki vətəndaşlara hücumu və iki yaşlı qızın öldürülməsini qınayır», - deyə Pakistan XİN-in saytında dərc edilmiş bəyanatda bildirilir.
Nazirlik qeyd edir ki, Azərbaycan xalqının hisslərini yaxşı başa düşür, çünki günahsız insanların, o cümlədən uşaqların öldürülməsi, dinc sakinlərin əmlakının məhv edilməsi ilə nəticələnən bu cür hücumlar Kəşmir regionunda Hindistan ordusu ilə təmas xəttində hər gün baş verir.*
F.İsazadə