ABŞ-ın Azərbaycan diasporunun nümayəndələri ermənilərin təxribatı nəticəsində 2 yaşlı Zəhra Quliyevanın öldürülməsi ilə əlaqədar Vaşinqton və Nyu-York şəhərlərində aksiyalar keçirəcək.
“ABŞ-da yaşayan soydaşlarımız iyulun 4-də Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz yerləşdirilən Ermənistan silahlı qüvvələrinin dinc sakinlərin həlak olması və yaralanması ilə nəticələnən təxribatına etiraz olaraq Vaşinqton və Nyu-York şəhərlərində aksiyalar keçirəcək”, - deyə Diasporla İş üzrə Dövlət Komitəsinin məlumatında bildirilir.
Vaşinqtonda aksiya ABŞ Azərbaycanlıları Şəbəkəsi, Nyu-Yorkda, BMT-nin qarşısında etiraz mitinqi isə Amerika Azərbaycan Nyu-York Assosiasiyası, Azərbaycan Qadınlar Assosiasiyası və digər təşkilatlar tərəfindən təşkil olunur.
Komitənin məlumatına görə, etiraz aksiyaları dünyanın digər ölkələrində də keçiriləcək.*
R.Babayev