Azərbaycan Banklar Assosiasiyasının (ABA) rəhbərliyi Çin Sənaye və Kommersiya Bankının (Industrial and Commercial Bank of China – ICBC) nümayəndə heyəti ilə görüşüb. Bu barədə ABA-nın məlumatında deyilir.
Görüşdə qonaqlara ölkə iqtisadiyyatı, hazırda aparılan geniş islahatlar, investisiya imkanları və Azərbaycan bank sektoru barədə məlumat verilib, həmçinin ABA-nın bank-maliyyə sahəsindəki fəaliyyəti, müvafiq dövlət orqanları və öz üzvləri ilə qurulmuş qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri nümayəndə heyətinin diqqətinə çatdırılıb.
Bankın nümayəndələri ICBC-nin beynəlxalq və regional işləri, əlaqədar strateji hədəfləri, region ölkələri və xüsusilə də ölkəmizlə əlaqədar biznes maraqları barədə fikirləri ilə bölüşüb və Azərbaycan bank sektoru ilə bağlı maraqlarını ifadə ediblər.
Həmçinin görüşdə ABA ilə ICBC arasında əməkdaşlıq imkanları müzakirə edilib.
Qeyd edək ki, 1984-cü ildə əsası qoyulan ICBC-nin aktivləri hazırda3.47trilyon dollar təşkil edir.*
A.Əzizov