AŞPA Monitorinq Komitəsinin Azərbaycan və Ermənistan üzrə həmməruzəçiləri Qarabağ münaqişəsi zonasında zorakılığın artması və nəticədə dinc azərbaycanlıların öldürülməsi ilə əlaqədar narahatlıqlarını ifadə ediblər.
Monitorinq Komitəsinin Ermənistan və Azərbaycan üzrə həmməruzəçiləri Alan Meyl, Cüzeppe Qalats, Stefan Şennak və Sezar Pred Füzuli rayonunun Alxanlı kəndi yaxınlığında zorakılığın artması ilə bağlı narahatlıqlarını və mülki şəxslərin, o cümlədən iki yaşlı uşağın həlak olmasından təəssüfləndiklərini bildiriblər”, - deyə məlumatda qeyd olunur.
Bununla əlaqədar həmməruzəçilər münaqişə tərəflərini atəşkəs rejiminə riayət etməyə və ATƏT-in Minsk qrupunun himayəsi altında danışıqları bərpa etməyə çağırıblar.
"Həmməruzəçilər vurğulayıblar ki, münaqişənin hərbi yolla həlli ola bilməz", - deyə məlumatda bildirilir.*
A.Əzizov