Xarici işlər naziri Elmar Məmmədyarov Qırğız Respublikasının Azərbaycandakı səfiri Aycigit Buranov ilə diplomatik fəaliyyətinin başa çatması münasibətilə görüşüb.
XİN-in mətbuat xidmətindən verilən məlumata görə, nazir E.Məmmədyarov A.Buranova gələcək fəaliyyətində uğurlar arzu edib.
Səfir iki ölkə arasında dostluq əlaqələrinin inkişafı üçün səylərini əsirgəmədiyini vurğulayıb.*
F.İsazadə