Sankt-Peterburqun sənaye müəssisələri Azərbaycanla əməkdaşlıq əlaqələrinin qurulmasında və inkişafında maraqlıdır.
“Sankt-Peterburqun Azərbaycanla əməkdaşlığın inkişafında maraqlı olan 12 müəssisəsi bu istiqamətdə təkliflərini təqdim ediblər”, - deyə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) “İnterfaks-Azərbaycan” agentliyinə məlumat verilib.
Sankt-Peterburq müəssisələri Azərbaycan sahibkarları ilə enerji maşınqayırması, maşınqayırma, kimya məhsullarının istehsalı, əczaçılıq, qida sənayesi, logistika və ticarət sahələrində əməkdaşlıqda maraqlıdır.
Bu müəssisələrdən "Silovıe maşinı" ASC, "REP Holdinq" QSC, "Zvezda-Energetika" ASC, "Xarms" MMC, "Baltik-Trans" şirkətlər qrupunu və s. şirkətləri qeyd etmək olar.*
A.Əzizov