ATƏT Parlament Assambleyasının Siyasi məsələlər və Təhlükəsizlik Komitəsi “ATƏT regionunda Sülh və Rifah naminə Qarşılıqlı İnam və Əməkdaşlığın genişləndirilməsinə dair” qətnamə layihəsinin müzakirəsi zamanı Azərbaycan tərəfinin düzəlişlərini qəbul edib, Ermənistan tərəfinin təklifini rədd edib.
“ATƏT PA-nın Siyasi məsələlər və Təhlükəsizlik Komitəsinin Minskdə keçirilən iclasında “ATƏT regionunda Sülh və Rifah naminə Qarşılıqlı İnam və Əməkdaşlığın genişləndirilməsinə dair” qətnamə layihəsi müzakirə edilib”, - deyə ATƏT PA-nın Azərbaycan nümayəndə heyətinin məlumatında bildirilir.
Erməni deputatların xalqların öz müqəddəratını təyin etmə prinsipinin qətnaməyə əlavə edilməsi təklifi PA tərəfindən rədd edilib.
ATƏT PA-nın vitse-prezidenti Azay Quliyevin iki təklifi isəAssambleya tərəfindən səs çoxluğu ilə qəbul edilib. Qətnamənin 8-ci bəndinə edilən dəyişikliyə əsasən ATƏT ərazisində münaqişələrin həll edilməsi prinsipləri qeyd edilir və problemin həllinin yalnız münaqişələrə cəlb olunmuş ölkələrin ərazi bütövlüyü, beynəlxalq birlik tərəfindən tanınan sərhədləri və suverenliyi çərçivəsində həlli tələb edilir. Qətnamənin 14-cü maddəsinə edilən dəyişiklikdəisə ATƏT regionundakı məcburi köçkün və qaçqınlarındoğma torpaqlarına könüllü, təhlükəsiz, ləyaqətlə və maneəsiz qayıtması qeyd olunur və mülkiyyət hüququndan məhrum edilmiş insanların humanitar vəziyyəti ilə bağlı narahatlıq ifadə edilir.*
R.Babayev