Bakı "Huawei" şirkəti ilə İKT, o cümlədən rəqəmsal iqtisadiyyatın inkişafı sahəsində əməkdaşlıq edə bilər. İqtisadiyyat naziri Şahin Mustafayev belə hesab edir.
İyulun 7-də nazir Ş.Mustafayev Çinin "Huawei" şirkətinin Mərkəzi Asiya və Qafqaz regionu üzrə vitse-prezidenti Hou Tao ilə görüşüb. O qeyd edib ki, qeyri-neft sektorunun və İKT-nin inkişafı Azərbaycan iqtisadiyyatının prioritet istiqamətlərindəndir.
“Görüşdə bildirilib ki, Azərbaycan İKT sahəsində dünyanın tanınmış şirkətləri ilə əməkdaşlıqda maraqlıdır. Bu baxımdan dünyada aparıcı şirkətlərdən olan "Huawei" ilə korporativ sahədə, rəqəmsal iqtisadiyyat və s. kimi istiqamətlər üzrə əməkdaşlıq edilə bilər”, - deyə İqtisadiyyat Nazirliyinin məlumatında vurğulanır.
H.Tao "Huawei" şirkətinin Azərbaycanda fəaliyyətini daha da genişləndirməkdə maraqlı olduğunu bildirib.*
F.İsazadə