İyulun 9-da prezident İlham Əliyev İstanbulda Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb.
“Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan İstanbulda görüşüb və birgə şam ediblər”, - deyə Azərbaycan prezidentinin saytında məlumat verilir.
Qeyd edək ki, prezident İlham Əliyev İstanbulda keçirilən 22-ci Dünya Neft Konqresində iştirak etmək üçün Türkiyədə səfərdədir.*
A.Axundov