Vergilər Nazirliyi 2017-ci ilin I yarısında dövlət büdcəsinə 3 mlrd. 352 mln. 375,58 min manat məbləğində vergi və rüsum köçürüb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə nazirlikdən məlumat verilib.
Xəbər verildiyi kimi, Vergilər Nazirliyi 2016-cı ilin yanvar-iyun aylarında dövlət büdcəsinə 3 mlrd. 190 mln. 139,33 min manat məbləğində vergi və rüsum köçürüb. Beləliklə, 2017-ci ilin I yarısında köçürmələrin həcmi 5,1% artıb.
"Vergi orqanları cari ilin yanvar-iyun aylarında dövlət büdcəsinə vergi və rüsum köçürmələri üzrə planı artıqlaması ilə yerinə yetirib. Köçürmələrin faktiki həcmi 3 mlrd. 352 mln. 375,58 min manat təşkil edib (plan tapşırığı 102,5% yerinə yetirilib)", - deyə məlumatda qeyd edilir.
2017-ci ildə Vergilər Nazirliyi tərəfindən dövlət büdcəsinə vergi və rüsum köçürmələri üzrə plan 7 mlrd. 645 mln. manat təşkil edir.*
A.Əzizov