Azərbaycan hökuməti İranın sərhəddə yerləşən Astara şəhərində dəmiryol terminalının inşasına $60 mln. məbləğində sərmayə yatıracaq. Bu barədə İranın “Mehr News” agentliyi xəbər verir.
Agentliyin məlumatına görə, "İran Dəmir Yolları"nın rəhbərliyi elan edib ki, “Azərbaycan Dəmir Yolları” (ADY) QSC ilə müvafiq investisiya sazişi imzalanıb.
ADY terminalları 25 il müddətinə icarəyə götürəcək.
İranın Astara şəhərində 35 ha ərazidə yükləmə-boşaltma terminalları və dəmiryol stansiyasının tikintisi “Şimal-Cənub” nəqliyyat dəhlizi layihəsi çərçivəsində həyata keçiriləcək.*
A.Əzizov