İstirahət günlərində Azərbaycan ərazisində baş vermiş 7 yol-nəqliyyat hadisəsi nəticəsində 4 nəfər həlak olub, 4 nəfər yaralanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Şənbə və bazar günlərində 145 cinayət faktı qeydə alınıb, onların 21-i “isti izlər”lə açılıb.
Cinayət törətdiklərinə görə 36 nəfər tutulub.
Həmçinin narkotiklərlə əlaqəli 3, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.*
R.Babayev