Azərbaycanın gömrük orqanlarının əməkdaşları İrandan respublika ərazisinə 330 kq-dan çox heroin keçirilməsi cəhdinin qarşısını alıblar.
“Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Əfqanıstan İslam Respublikasının vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb. Yoxlama zamanı vətəndaşın şalvarının cibində 3 ədəd metadon adlı həb, daxili orqanında (düz bağırsağında) isə 10 ədəd bükümdə olmaqla, ümumi xalis çəkisi 331,474 qram heroin aşkar edilib”, – deyə Dövlət Gömrük Komitəsinin məlumatında bildirilir.
Faktla bağlı araşdırma aparılır.*
R.Babayev