2017-ci ilin I yarısında və Rusiya arasında xarici ticarətin həcmi $951 mln. 320,26 min təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 1,8% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
I yarımillikdə Azərbaycanın bütün xarici ticarət dövriyyəsinin 10,96%-i Rusiya ilə ticarət əməliyyatlarının payına düşüb.
Hesabat dövründə Rusiyaya $289 mln. 825,46 min dəyərində Azərbaycan məhsulları ixrac edilib ki, bu da 2016-cı ilin müvafiq dövrünün göstəricisindən 1,5 dəfə çoxdur. 2017-ci ilin yanvar-iyun aylarında Azərbaycandan ixracın 5,5%-i Rusiyaya tədarükün payına düşüb.
Cari ilin I yarısında Rusiyadan Azərbaycana $661 mln. 494,81 min dəyərində məhsul idxal edilib ki, bu da 2016-cı ilin analoji dövrünün göstəricisindən 10,9% azdır. Cari ilin yanvar-iyun aylarında respublikaya mal idxalının ümumi həcmində 19,4% Rusiyadan tədarükün payına düşüb.
DGK-nın məlumatına görə, Azərbaycanın Rusiya ilə idxal-ixrac əməliyyatları üzrə mənfi saldo $371 mln. 669,35 min təşkil edib.
Ötən ilin yekunları üzrə Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi $2 mlrd. 51 mln. 82,51, o cümlədən Azərbaycan məhsullarının Rusiyaya ixrac dəyəri $409 mln. 273,28 min, Rusiya məhsullarının Azərbaycana idxal dəyəri $1 mlrd. 641 mln. 809,23 min təşkil edib.*
N.Abbasova