Biznes üçün xidmətlərin qlobal təchizatçısı olan “Thomson Reuters” şirkəti ilə Azərbaycan Respublikası Vergilər Nazirliyi arasında imzalanmış saziş çərçivəsində Vergilər Nazirliyi transfer qiymətlərinin formalaşması sahəsində vergi nəzarətini həyata keçirmək üçün “Thomson Reuters” şirkətinin vergi üzrə xidmətlərindən istifadə edəcək.
““Thomson Reuters” şirkətinin məhsulları dünyanın 110 ölkəsindən özəl şirkətlərin və açıq səhmdar cəmiyyətlərin mühasibatlıq və statistik hesabat məlumatlarını, eləcə də 174 ölkənin borc bazarlarını təhlil etməyə imkan verir. Məsələn, (sözügedən həll variantlarının müvafiq funksiyası sayəsində) borc, bank depoziti, o cümlədən zəmanət və akkreditivlər üzrə faiz dərəcəsinin bazar intervalını müəyyənləşdirmək üçün müvafiq (qarşılıqlı müqayisəyə uyğun gələn) sövdələşmələrin axtarışı həyata keçiriləcək”, - deyə şirkətin məlumatında bildirilir.
Vergilər Nazirliyi tərəfindən əldə olunan məhsullar arasında “Onesource Benchmark” və “Onesource TP Loan Module” proqramlarını qeyd etmək olar. Bu proqramlar sayəsində şirkətlərin və maliyyə bazarlarının rentabelliyini təhlil etmək mümkündür. Məsələn, “Checkpoint World” beynəlxalq vergi qanunvericiliyini təhlil etmək və qeyri-dürüst vergi planlaşdırma sxemlərini müəyyənləşdirmək üçün istifadə olunan xidmətdir. Eyni zamanda, “Thomson Reuters” şirkətininflaqman xidməti olan “Thomson ReutersEikon” terminalı sayəsində Vergilər Nazirliyinin nümayəndələri mal-xammal və borc bazarlarında baş tutan sövdələşmələr haqqında etibarlı və operativ məlumatlar əldə edə biləcəklər.*
A.Axundov