Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov barəsində cinayət işinin başlanması üçün qərardad Bakı Hərbi Məhkəməsi tərəfindən prokurorluğa göndərilib. Bu barədə bu gün Azərbaycan KİV-ləri məlumat yayıb.
“Məhkəmə sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun və ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Baş İstintaq İdarəsinin rəisi olmuş Movlan Şıxəliyevin barəsində cinayət işinin başlanması barədə xüsusi qərardad çıxarıb və həmin qərarın surəti icra olunması üçün aidiyyəti üzrə prokurorluğa göndərilib, - deyə məlumatda bildirilir.
Bu gün Bakı Hərbi Məhkəməsində ləğv edilmiş MTN İstintaq Baş İdarəsinin İbtidai İstintaq İdarəsinin 2-ci şöbəsinin rəisi, polkovnik Vüsal Ələkbərovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib..
Məhkəmənin hökmü ilə Vüsal Ələkbərov 12 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə, həmçinin polkovnikin rütbəsinin əlindən alınması barədə xüsusi qərardad çıxarıb. Hökmə görə, Vüsal Ələkbərovun əmlakının müsadirə edilərək zərərçəkmiş iş adamı Akif Qurbanova verilməsi barədə qərar qəbul edilib.*
R.Babayev
və maliyyə bazarlarının rentabelliyini təhlil etmək mümkündür. Məsələn, “Checkpoint World” beynəlxalq vergi qanunvericiliyini təhlil etmək və qeyri-dürüst vergi planlaşdırma sxemlərini müəyyənləşdirmək üçün istifadə olunan xidmətdir. Eyni zamanda, “Thomson Reuters” şirkətininflaqman xidməti olan “Thomson ReutersEikon” terminalı sayəsində Vergilər Nazirliyinin nümayəndələri mal-xammal və borc bazarlarında baş tutan sövdələşmələr haqqında etibarlı və operativ məlumatlar əldə edə biləcəklər.*
A.Axundov