Maliyyə Sabitliyi Şurası kənd təsərrüfatı sektorunun maliyyələşdirilmə mexanizminin təkmilləşdirilməsinə yönəlmiş tədbirlər planını təsdiq edib. Bu barədə Şuranın Katibliyindən verilən məlumatda deyilir.
"Kənd Təsərrüfatı Nazirliyi tərəfindən hazırlanmış və digər dövlət qurumları ilə razılaşdırılmış planın yekun variantı Şuranın iyulun 10-da keçirilmiş iclasında təsdiq edilib", - deyə məlumatda bildirilir.
Planda kənd təsərrüfatı üzrə maliyyələşdirmə mexanizmlərinin təkmilləşdirilməsi, sektora innovativ və girovsuz kreditlərin tətbiqi mexanizmlərinin hazırlanması, aqrar sektora təsir edən risklərin idarə olunması, aqrar sığortanın inkişaf etdirlməsi, aqrar sahəyə investisiya qoyuluşlarının təşviqi, kənd təsərrüfatı məhsulları istehsalçılarının maliyyə savadlığının artırılması və s. konkret tədbirlər nəzərdə tutulub.
“İclasda, həmçinin cari ilin ötən dövründə ölkədə makroiqtisadi vəziyyət, maliyyə sabitliyinin dayanıqlığının dinamikasında müşahidə olunan pozitiv meyllər və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb”, - deyə məlumatda qeyd olunur.*
A.Əzizov