İyulun 18-də Bakıda Azərbaycan və Cənubi Koreyanın əczaçılıq sahəsində fəaliyyət göstərən iş adamlarının işgüzar görüşü keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Cənubi Koreyanın Bakıdakı səfirliyindən məlumat verilib.
"Azərbaycan və Cənubi Koreya arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə iyulun 18-də Bakıda hər iki ölkənin əczaçılıq şirkətlərinin ikitərəfli görüşü keçiriləcək. Görüşdə məqsəd əczaçılıq sahəsində əməkdaşlıq əlaqələrinin gücləndirilməsidir", - deyə məlumatda bildirilir.
Bununla əlaqədar Cənubi Koreyanın 8 əczaçılıq şirkətinin nümayəndələri Bakıya gələcək.*
A.Əzizov