Hesablama Palatası tərəfindən 2017-ci ilin I yarısında aparılan yoxlamalar nəticəsində 4 mln. 762,8 min manat və 13,4 min ABŞ dolları məbləğində vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin edilib. Bu barədə palatanın məlumatında deyilir.
“Hesablama Palatasının 2017-ci il İş planına əsasən cari ilin 6 ayı ərzində 31 nəzarət tədbirinin başlanılması və 14 tədbirin nəticələri ilə bağlı Kollegiya qərarları qəbul olunub”, - deyə məlumatda bildirilir.
Hesablama Palatası tərəfindən əvvəlki illərdə başa çatdırılmış auditlərin və 2017-ci ilin altı ayı ərzində nəticələri ilə bağlı qərar qəbul edilmiş tədbirlərin nəticəsi olaraq ümumilikdə 4762,8 min manat, 13,4 min ABŞ dolları məbləğində vəsaitin dövlət büdcəsinə, 122,6 min manat məbləğində vəsaitin isə büdcədənkənar dövlət fondunun büdcəsinə bərpası təmin edilib.
Nəzarət tədbirlərinin nəticəsi olaraq 39 vəzifəli şəxslə bağlı intizam-tənbeh tədbiri tətbiq edilib.*
A.Əzizov