Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) tərəfindən cari ilin I yarısında 70,828 min manat məbləğində gecikdirilmiş sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi təmin olunub. Bu barədə nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin məlumatında deyilir.
Qeyd olunan vəsaitin 93,6%-ni gecikdirilmiş əmək haqları təşkil edib, qalan hissəsi isə zərərə görə ödənclərdən ibarət olub.*
R.Babayev