Ötən gün Azərbaycan ərazisində baş vermiş 5 yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər həlak olub, 14 nəfər yaralanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Qeyd olunan dövrdə 92 cinayət faktı qeydə alınıb, onların 21-i “isti izlər”lə açılıb.
Cinayət törətdiklərinə görə 42 nəfər tutulub.
Narkotiklərlə əlaqəli 6, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.*
R.Babayev