2017-ci ilin I yarısında Azərbaycanda idxal-ixrac əməliyyatları zamanı yükdaşımaların həcmi 16 mln. 991,028 min ton təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 3,4% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən məlumat verilib.
Yükdaşımaların dəyər ifadəsində həcmi $8 mlrd. 678,422 mln. təşkil edib.
Yükdaşımaların strukturunda $5 mlrd. 268,749 mln. dəyərində 13 mln. 790,468 min ton yük ixracın, $3 mlrd. 409,673 mln. dəyərində 3 mln. 200,56 min ton yük idxalın payına düşüb.
Hesabat dövründə ixrac əməliyyatları zamanı dəniz nəqliyyatı vasitəsilə 156,289 min ton, dəmir yolu ilə 1 mln. 20,372 min ton, avtomobil nəqliyyatı ilə 417,255 min ton, hava nəqliyyatı ilə 3,04 min ton, stasionar nəqliyyat vasitələri ilə 12 mln. 191,818 min ton yük daşınıb. Qalan yüklər digər nəqliyyat vasitələrinin payına düşüb.
İdxal əməliyyatları zamanı dəniz nəqliyyatı vasitəsilə 158,348 min ton, dəmir yolu ilə 1 mln. 845,705 min ton, avtomobil nəqliyyatı ilə 915,672 min ton, hava nəqliyyatı ilə 6,979 min ton yük daşınıb. Qalan yüklər digər nəqliyyat vasitələrinin payına düşüb.*
N.Abbasova