Daxili İşlər Nazirliyinin (DİN) Təhlükəsiz Şəhər Xidməti və Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 7-də rayon ərazisindəki tikinti şirkətlərindən birinin ofisindən oğurluqda şübhəli bilinən Əmrah Quliyev tutulub.Bu barədə DİN-in saytında məlumat verilir.
“Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Əmrah Quliyev tikinti şirkətlərindən birinin ofisindən içərisində 5500 manat pul olan seyfi oğurlamaqda şübhəli bilinir”, - deyə məlumatda bildirilir.*
R.Babayev