Ermənistan və Rusiyanın xarici işlər naziri Edvard Nalbandyan və Sergey Lavrov iyulun 11-də Avstriyanın Mauerbax kommunasında Dağlıq Qarabağ münaqişəsi zonasındakı vəziyyəti və əməkdaşlıq məsələlərini müzakirə ediblər. Bu barədə Ermənistan XİN-in mətbuat xidmətindən verilən məlumatda deyilir.
"Görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi müzakirə olunub, Vyana və Sankt-Peterburq sammitlərində əldə edilmiş razılaşmaların həyata keçirilməsinin vacibliyi vurğulanıb”, - deyə məlumatda bildirilir.*