Gələn həftə Bakıda Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin üçtərəfli görüşü keçiriləcək.
“İyulun 18-19-da Azərbaycan, Türkiyə və Türkmənistan XİN başçıları ikitərəfli və üçtərəfli əməkdaşlıq məsələlərini müzakirə edəcəklər”, - deyə Türkiyənin Bakıdakı səfiri Erkan Özoral “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
Onun sözlərinə görə, nazirlər xüsusilə birgə nəqliyyat və enerji layihələrinin həyata keçirilməsi, eləcə də əməkdaşlığın genişlənməsi ilə bağlı məsələləri nəzərdən keçirəcəklər.*