ATƏT-in Minsk qrupunun həmsədrləri Brüsseldə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı gələcəkdə görüləcəkişləri müzakirə ediblər.
“ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Riçard Hoqland (ABŞ) iyulun 11-də Azərbaycan və Ermənistan xarici işlər nazirləriElmar Məmmədyarov və Edvard Nalbaldyan ilə görüş keçirib. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı gələcəkdə görüləcək işlərin formatı, həmçinintəmas xəttindəki mövcud vəziyyət müzakirə olunub”, - deyə həmsədrlərin bəyanatındabildirilir.
ATƏT-in saytında verilən məlumata görə, nazirlər həmsədrlərin ilin sonunda yüksək səviyyəli görüşün təşkilinə dair təklifini Azərbaycan və Ermənistan prezidentlərinə çatdırmaqla bağlı razılığa gəliblər.
“Həmsədrlər bu görüşün təşkili üçün öz köməklərini təklif ediblər. Nazirlər və vasitəçilər bu ilin sentyabrında Nyu-Yorkda BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində görüşməyə razılıq veriblər”, - deyə bəyanatda qeyd olunur.*
A.Əzizov