“SOCAR-ın “Neftqaztikinti” Tresti “Azneft” İstehsalat Birliyinin sifarişi ilə N.Nərimanov adına NQÇİ tərəfindən istismar olunan 410 saylı estakadayanı meydançada əsaslı təmir işlərinə başlayıb. Bu barədə SOCAR-ın məlumatında deyilir.
“Meydançanın istismarının daha keyfiyyətli təmin edilməsi məqsədi ilə həyata keçirilən işlər çərçivəsində müxtəlif ölçülü 46 svayın vurulması, ümumi çəkisi 150 ton olan 5 ədəd metal lövhənin quraşdırılması nəzərdə tutulur. Layihə üzrə 1000 kvadrat metr sahənin əsaslı təmiri gözlənilir. İşlər təhlükəsizlik və əməyin mühafizəsi üzrə bütün müasir tələblərə uyğun şəkildə aparılır”, - deyə məlumatda bildirilir.
İşlərin başa çatma müddəti barədə məlumat verilmir.*
N.Abbasova