Prezident İlham Əliyev ermənilərin təxribatı nəticəsində iki yaşlı Zəhra Quliyevanın öldürülməsini hərbi cinayət hesab edir.
“İki yaşlı Zəhra Quliyevanın və onun nənəsinin öldürülməsi hərbi cinayətdir”, - deyə dövlət başçısı bu gün Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, bu təxribat Ermənistan siyasi rəhbərliyinin üzünü və erməni faşizminin eybəcər sifətini nümayiş etdirdi: "Bu cinayət cavabsız qoyulmadı. Ordumuz düşmənə sarsıdıcı zərbələr endirdi, Zəhranın və nənəsinin qanı yerdə qalmadı".
Prezident vurğulayıb ki, Azərbaycanın ərazi bütövlüyü heç zaman danışıqlar mövzusu olmayacaq.
İ.Əliyev Azərbaycanın hərbi potensialının gücləndiyini və yeni hərbi texnika və silah alındığını qeyd edib.*
R.Babayev