1 iyul 2017-ci il tarixinə SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) “Azəriqaz” İstehsalat Birliyinin (İB) abonentlərinin sayı 2 mln. 50,664 min təşkil edir. Bu barədə İB-dən məlumat verilib.
“Cari ilin I yarısında İB-də əhali sektoru üzrə 46,024 min yeni abonent qeydiyyata alınıb ki, bunun da 21,705 mini Bakı və Sumqayıt şəhərlərinin, eləcə də Abşeron rayonunun, 24,319 mini isə regionların payına düşüb”, - deyə məlumatda bildirilir.
Bundan əlavə, 437 məscid və dini məbədə təbii qazdan əvəzsiz istifadəsi üçün limit ayrılıb.*
N.Abbasova