Bloqqer Aleksandr Lapşinin vəkili məhkəmə prosesində onun barəsində bəraət hökmünün çıxarılmasını tələb etmək niyyətindədir.
«Biz A.Lapşin barəsində bəraət hökmünün çıxarılmasına nail olmağa çalışacağıq, çünki məhkəmədə onun təqsiri sübut edilməyib», - deyə bloqqerin vəkili Eduard Çernin “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
Qeyd edək ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bloqer Lapşinin işi üzrə məhkəmə prosesi davam edib. İclasda şahidlərin ifadələri dinlənilib, o cümlədən Almaz Bayramova da ifadə verib.
İyulun 14-də keçiriləcək məhkəmə iclasında dövlət ittihamçısının çıxışı gözlənilir.*
R.Babayev