Azərbaycanın mərkəzi hissəsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 3 nəfər həlak olub, 3 nəfər yaralanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatında deyilir.
“Ələt-Astara yolunun 10 km-də “Mercedes” markalı mikroavtobus “KamAZ”la toqquşub. FHN-in xilasediciləri hadisə yerinə cəlb edilib”, - deyə məlumatda bildirilir.
Xilasedicilər deformasiyaya uğramış mikroavtobusdan 3 nəfərin meyitini və 3 yaralını çıxarıblar.
"Əməliyyat saat 06:00-da başa çatıb", - deyə məlumatda bildirilir.*
A.Əzizov