Mərakeşin xarici işlər naziri Naser Burita bu ilin oktyabr ayında Azərbaycana səfər edəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərakeşin Bakıdakı səfirliyindən məlumat verilib.
“Səfərdə məqsəd oktyabrın sonunda Bakıda keçiriləcək ticari-iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Mərakeş hökumətlərarası komissiyasının iclasında iştirak etməkdir”, - deyə səfirlikdən “İnterfaks-Azərbaycan” agentliyinə bildirilib.
Qeyd olunub ki, hazırda səfərin və iclasın dəqiq tarixi və proqramı işlənib hazırlanır.*
F.İsazadə