2017-ci ilin I yarısında Azərbaycanda yükdaşıma tarifləri 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə milli valyutada 12,3% bahalaşıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bu ilin iyun ayında yükdaşıma tarifləri may ayı ilə müqayisədə 0,1% ucuzlaşıb.
May ayı ilə müqayisədə iyun ayında avtomobil nəqliyyatında ölkələrarası yükdaşıma qiymətləri 3,1%, boru kəməri nəqliyyatı ilə neftin nəql olunma qiyməti 0,3% ucuzlaşıb, dəniz nəqliyyatında ölkələrarası yükdaşıma qiymətləri 0,1% bahalaşıb.*
N.Abbasova