2017-ci ilin yanvar-may aylarında 556,6 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib ki, bu da 2016-cı ilin yanvar-may aylarına nisbətən faktiki qiymətlərlə 22,1 faiz, real ifadədə isə 19,8 faiz çoxdur. Bu barədə ”İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“Bu ilin yanvar-may aylarında ixracın dəyəri 6065,2 milyon dollar təşkil edib, nəticədə ixrac 7,9 faiz artıb”, - deyə məlumatda bildirilir.
Hesabat dövründə qeyri-neft ixracının xüsusi çəkisi 9,2% təşkil edib.
2017-ci ilin yanvar-may aylarında 2016-cı ilin eyni dövrü ilə müqayisədə təzə tərəvəz ixracı 68,6 faiz, təzə meyvə – 67,5 faiz, kartof – 25,9 faiz, tütün – 48,6 faiz, bitki yağları – 21,1 faiz, çay – 52,2 faiz, meyvə və tərəvəz şirələri – 90,6 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 15,2 faiz, meyvə və tərəvəz konservləri – 5,7 faiz artıb, polietilen ixracı 0,6 faiz, şəkər - 7 faiz, pambıq ipliyi – 30,1 faiz, qara metallardan yarımfabrikatlar – 64,5 faiz azalıb.*
A.Əzizov