2017-ci ilin I yarısında Azərbaycan əhalisi ticarət obyektlərindən 16 mlrd. 182,9 manatlıq istehlak malları alıb ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 1,8% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
Hesabat dövründə əhali tərəfindən ərzaq malları, içki və tütün məmulatlarının alınmasına 8 mlrd. 100,1 mln. manat (2016-cı ilin I yarısı ilə müqayisədə artım 1%), qeyri-ərzaq mallarının alınmasına 8 mlrd. 82,8 mln. manat (artım 2,5%) sərf olunub.
Cari ilin birinci yarısında istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 45%-i ərzaq məhsullarının, 5,1%-i içkilər və tütün məmulatlarının, 18,1%-i toxuculuq məhsulları, geyimlər və ayaqqabıların, 5,9%-i elektrik malları və mebellərin, 4,8%-i avtomobil yanacağının, 1,3%-i əczaçılıq və tibbi malların, 0,7%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 19,1%-i isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.
Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 139 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 138,8 manatlıq qeyri-ərzaq məhsulları alıb.*
N.Abbasova