Fransa Azərbaycan və Ermənistan nümayəndələri arasında görüşlərin mütəmadi olaraq keçirilməsinə tərəfdardır. Bunu Fransanın Ermənistandakı səfiri Jan-Fransua Şarpantye deyib.
"Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Brüssel görüşünü alqışlayırıq. Münaqişənin hərbi yolla həlli yoxdur. Danışıqlar aparılmalı, mütəmadi görüşlər keçirilməlidir”, - deyə o, bu gün mətbuat konfransında bildirib.
Səfirin sözlərinə görə, xarici işlər nazirlərinin görüşləri müsbət irəliləyişə gətirib çıxara və prezidentlərin görüşünün təşkilində əsas ola bilər. "İndi sadəcə fəal işləmək lazımdır", - deyə Jan-Fransua Şarpantye vurğulayıb.*